29 Aprel 2025
Beynin qocalmaması üçün yollar TAPILDI

Beynin qocalmaması üçün yollar TAPILDI

Beynin qocalmaması üçün yollar TAPILDI

12 Mart 2025 14:51 | Baxış sayı: 725

Orqanizmin qocalması bir çox dəyişikliklərlə müşayiət olunur və bu prosesdə ən həssas orqanlardan biri beyindir. Stenford Universitetinin alimləri tərəfindən aparılan son araşdırma beynin qan damarlarını örtən selikli baryerin qocalmaya qarşı mühüm rol oynadığını aşkar edib.


AJMEDİA.İNFO bu barədə bəzi maraqlı məlumatları təqdim edir:


Qematoensefalik baryer və onun qoruyucu funksiyası

Qematoensefalik baryer (QEB) – beyin toxumasını qorumaq üçün zərərli maddələrin qan dövranından beynə keçməsinin qarşısını alan mürəkkəb bir sistemdir. Bu baryerin əsas komponentlərindən biri müsinlərdən (mucinlərdən) ibarət olan selikli baryerdir. Müsinlər karbohidratlarla zəngin iri zülallardır və beyin qan damarlarının daxili səthində yerləşərək əlavə qoruma yaradırlar.


Yaşlandıqca beyində nə baş verir?


Yaşla birlikdə selikli baryerin strukturu və funksiyası dəyişir. Nobel mükafatçısı Kimyaçı Karolin Bertozzinin rəhbərlik etdiyi tədqiqat qrupu gənc siçanların beynində müsin təbəqəsinin sıx və yaxşı formalaşdığını, yaşlı siçanlarda isə nazikləşdiyini müşahidə edib.


Bu incəlmə qematoensefalik baryerin keçiriciliyini artırır, zərərli molekulların beynə daxil olmasına və iltihab proseslərinin yaranmasına səbəb olur.


Gənc terapiya vasitəsilə beyin necə qorunub saxlanıla bilər?


Alimlər selikli baryeri bərpa etməyin mümkün olub-olmadığını öyrənmək üçün gən terapiyası sınaqları aparıblar. Onlar yaşlı siçanların beyninin qan damarlarında müsin istehsalını artırmaq üçün xüsusi metod inkişaf etdiriblər.


Nəticələr ümidverici olub:


Müsin təbəqəsi bərpa olunub


Beyindəki iltihab azalıb


Yaddaş və öyrənmə qabiliyyəti yaxşılaşıb


Müsinlərin beyin sağlamlığında rolu


Müsinlər təkcə beyni fiziki baryer kimi qorumur, həm də sinir sisteminin işinə təsir edən mürəkkəb biokimyəvi proseslərdə iştirak edir.


Onların çatışmazlığı siqnal yollarında disbalans yaradaraq nevrodegenerativ xəstəliklərin inkişafına səbəb ola bilər. Müsinlərin normal səviyyədə saxlanması beynin sağlamlığını qoruyur və patoloji dəyişikliklərin qarşısını alır. Bu araşdırma beyin qocalmasının qarşısını almaqda yeni perspektivlər açır və gələcəkdə insanlarda tətbiq edilə biləcək müalicə üsullarının inkişafına töhfə verə bilər.(lent.az)