Beynin qocalmaması üçün yollar TAPILDI
3 dəqiqə əvvəlBakıda sürücünün döyülməsinin səbəbi bilindi - VİDEO
11 Mart 2025 15:27 | Baxış sayı: 226
Bakıda dörd nəfərin küçədə bir nəfərin avtomobilinə hücum edərək sürücünü ölümcül döyməsinin səbəbi məlum olub.
AJMEDİA.İNFO Teleqraf-a istinadən xəbər verir ki, hadisə qadın üstündə baş verib.
Belə ki, avtomobilin sürücüsü insidentdə iştirak edənlərdən binin həyat yoldaşına söz atıb. Qadın isə bu barədə həyat yoldaşına məlumat verib.
Bundan sonra qadının həyat yoldaşı digər şəxslərlə birlikdə həmin şəxsi cəzalandırmaq üçün onu izləyiblər. Onu küçədə avtomobilində tutublar, onu ölümcül döüyblər.
Qeyd edək ki, cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.
Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlinin barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmənin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hadisədə iştirak edən A.Zahidli ilə bağlı verilən təqdimat təmin olunmayıb və o, sərbəst buraxılıb.