29 Aprel 2025
“Azərpoçt”un adından dələduzluq edirlər - XƏBƏRDARLIQ!

“Azərpoçt”un adından dələduzluq edirlər - XƏBƏRDARLIQ!

“Azərpoçt”un adından dələduzluq edirlər - XƏBƏRDARLIQ!

11 Mart 2025 14:06 | Baxış sayı: 250

Son zamanlarda müxtəlif xarici nömrələr vasitəsilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından vətəndaşlara mesajlar göndərilərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketinin çatdırılmadığı və məlumatları yeniləmək üçün saxta keçidə daxil olmaları bildirilir.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.


Bildirilir ki, həmin keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.


ETX vətəndaşlara naməlum mənbələrdən gələn mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.