Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
11 saat əvvəlAzərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
11 Mart 2025 20:00 | Baxış sayı: 510
Qazaxıstanda mütəşəkkil cinayətkar dəstənin tərkibində 56 böyrək satdığına görə 12 il həbs cəzasına məhkum edilən ukraynalı qadın Polşada saxlanılıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Polşa prokurorluğunun bəyanatında açıqlanıb.
Bildirilir ki, 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasında dəmiryol keçidində İnterpolun "qırmızı xəbərdarlığı" nəticəsində həbs edilib.
Kseniya 2020-ci ildən İnterpol tərəfindən axtarışa verilib. O, Qazaxıstana ekstradisiya olunacaq.
Qadın 2017-2019-cu illərdə qanunsuz olaraq insan orqanlarını çıxararaq qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qrupun üzvü olub. Dəstənin qurbanları arasında Qazaxıstan, Azərbaycan, Ermənistan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan şəxslər də var. (unikal)