Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
11 saat əvvəlAzərbaycanda yüksək vəzifəyə YENİ TƏYİNATLAR - FOTO
06 Fevral 2025 12:00 | Baxış sayı: 970
Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinatlar olub.
AJMEDİA.İNFO xəbər verir ki, Vüsal Cavanşir oğlu Qurbanov, Seydiyev Elrad Eldar oğlu, Mansurov Anar Eldar oğlu və Rəsulov Tərlan İzzət oğlu bu il fevralın 3-dən Mərkəzi Bankın baş direktorları təyin ediliblər.
Qeyd edək ki, Vüsal Qurbanov buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
Elrad Seydiyev AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin, Anar Mansurov Maliyyə idarəetməsi departamentinin, Tərlan Rəsulov isə Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin rəhbəri olub.
Bununla da Mərkəzi Bankın baş direktorlarının sayı 9-a çatıb.