29 Aprel 2025
9 il həbs cəzası alan Saakaşvilidən İLK AÇIQLAMA

9 il həbs cəzası alan Saakaşvilidən İLK AÇIQLAMA

9 il həbs cəzası alan Saakaşvilidən İLK AÇIQLAMA

12 Mart 2025 15:07 | Baxış sayı: 432

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Tiflis Şəhər Məhkəməsinin onun barəsində çıxardığı 9 illik həbs hökmünü gözlənilməz adlandırıb.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, sosial şəbəkədə bildirib.


“Oliqarxın hökmü necə də sürpriz oldu, elə deyilmi? Mən prezident administrasiyasının rəsmi xərclərinə görə faktiki olaraq ömürlük həbsə məhkum edildim… Biz qorxmuruq! Güc birlikdədir!” – deyə o, yazıb.


Qeyd edə ki, "Mtavari" telekanalının məlumatına görə, Tiflis Şəhər Məhkəməsi Saakaşvilini dövlət büdcəsindən 9 milyon lari (təxminən 3,2 milyon dollar) mənimsəməkdə təqsirli bilib və onu 9 il azadlıqdan məhrum edib.


İttihama görə, Saakaşvili prezidentliyi dövründə dövlət büdcəsi hesabına özünə kostyumlar, palto alıb, oğlunun təhsil haqqını ödəyib və kosmetik prosedurlar etdirib.


Hazırda Saakaşvili artıq 6 illik həbs cəzasını çəkir. Daha əvvəl o, Sandro Girqvliyaninin qatillərini əfv etmək və deputat Valeri Gelaşvilini döydürmək ittihamları ilə məhkum olunub.