12 May 2024
Zelenski koronavirusa yoluxmaq istədiyini açıqlayıb

Zelenski koronavirusa yoluxmaq istədiyini açıqlayıb

09 İyun 2020
Baxış: 443

Ukrayna Prezidenti Vladimir Zelenski yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxmaq istədiyini açıqlayıb.

AJM-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, o, bunu koronavirusun taun olmadığını insanlara nümayiş etdirmək üçün istədiyini bildirib.

“Bu qorxuludur, sən xəstələnə bilərsən. Lakin insanlar başa düşməlidirlər ki, koronavirus taun deyil”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

V. Zelenski qeyd edib ki, ailəsi onu bu addımına görə bağışlamaz.

Teqlər: Zelenski