27 İyun 2022

Azerbaijan, Baku

23°C/29°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Zelenski AÇIQLADI: “Rusiya ilə Ukrayna arasında müharibə belə bitəcək" + VİDEO

Zelenski AÇIQLADI: “Rusiya ilə Ukrayna arasında müharibə belə bitəcək" + VİDEO

21 May 2022
Baxış: 369

“Rusiya və Ukrayna arasında müharibə diplomatiya yolu ilə başa çatacaq, lakin sülh danışıqlarında format hibrid olacaq”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, o, əvvəllər hesab edirdi ki, Rusiya Federasiyası ilə müharibəni təmiz dialoq yolu ilə bitirmək olar və bu dialoqun müvafiq termini var, onda bir çox suallara cavab və çoxlu həll yolları tapmaq mümkün olacaq.

“İndi isə (Ukrayna və Rusiya arasında danışıqlar - red.) avtomobil kimidir, nə benzin, nə də elektrik maşınıdır, hibriddir, ona görə də müharibə bu qədər mürəkkəbdir. Qələbə də çox çətin olacaq. Qanlı olacaq, mütləq döyüşdə olacaq, amma sonu yenə də diplomatiyada olacaq. Mən buna əminəm”, - deyə dövlət başçısı vurğulayıb.

O, həmçinin izah edib ki, Ukrayna ilə Rusiya arasında bəzi məsələləri danışıqlar masası arxasından başqa heç bir yerdə həll etmək mümkün deyil.

“Çünki biz hər şeyi geri qaytarmaq istəyirik, Rusiya Federasiyası isə hər şeyi vermək istəmir, yəni heç nə vermək istəmir”, - deyə Zelenski sözlərini yekunlaşdırıb.

Mənbə: Rubrika