23 İyun 2024
Yüksək vəzifəyə yeni təyin olunan Bəhruz Bəhramov kimdir? - DOSYE

Yüksək vəzifəyə yeni təyin olunan Bəhruz Bəhramov kimdir? - DOSYE

13 İyun 2024
Baxış: 255

Prezident İlham Əliyevin 12 iyun 2024-cü il tarixli 165 nömrəli Sərəncamı ilə Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

AJMEDİA.İNFO Bəhruz Bəhramovun dosyesini təqdim edir:

B. Bəhramov 8 aprel 1982-ci ildə anadan olub. O 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. 2003-2005-ci illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universitetində maliyyə üzrə bakalavr təhsili alıb.

2005-2006-cı illərdə Fransanın Nitsa-Sofiya Antipolis Universiteti, maliyyə üzrə magistr dərəcəsi alıb. Bəhruz Bəhramov 2016-cı ildən hazırkı tarixədək ARDNF-in Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-in Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

Bəhruz Bəhramov evlidir, bir övladı var.