18 İyul 2024
Qadınların kişilərdən daha uzun yaşamasının səbəbi BU İMİŞ - ARAŞDIRMA

Qadınların kişilərdən daha uzun yaşamasının səbəbi BU İMİŞ - ARAŞDIRMA

21 İyun 2024
Baxış: 353

Bütün dünya ölkələrində aparlan araşdırmalar göstərir ki, qadınların orta ömrü kişilərdən daha uzundur.


AJMEDİA.İNFO Sfera.az-a istinadən xəbər verir ki, Azərbaycanda da qadınlar kişilərdən daha çox yaşayır. Ölkədə kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır.


Qadınların kişilərlə müqayisədə daha uzun yaşaması onların sağlam həyat sürməsi ilə əlaqəli deyil. Bu orqanizmdə qocalmanı ləngidən əlavə gen surətinin olması ilə bağlıdır.


Ənənəvi olaraq kişilərin qeyri-sağlam həyat tərzi, siqaret və spirtli içkilərdən istifadə etməsi və narkotik vasitələrə meyilli olması da onların tez vəfatına səbəb olan amillərdəndir. Beləliklə, hər iki halda qadınlar kişilərdən 5 faiz daha çox yaşayırlar. Qadınların kişilərdən daha uzun yaşamasının səbəbini bir çox amillərin birgə təsiri ilə izah etmək olar. İlk növbədə qadınlar təbii olaraq daha möhkəm bir quruluşa sahib olurlar və immun sistemləri kişilərdən daha güclü olur.


Bundan əlavə, qadınlar daha sağlam qidalanma vərdişlərinə sahib olurlar və müntəzəm məşq etməkdə daha intizamlıdırlar. Qadınların daha az stress yaşaması da onların ömrünü uzatmağa kömək edən faktorlardandır. Qadınlar ağlayaraq stressdən və gərginlikdən müəyyən qədər xilas ola bilir. Amma bunu hər kişi bacarmır.


Qadınlarda estrogen hormonunun yüksək səviyyələri ürək-damar sağlamlığına qoruyucu təsir göstərir. Estrogenin LDL ("pis" xolesterol) səviyyələrini aşağı saldığı, HDL ("yaxşı" xolesterin) səviyyələrini artırdığı məlumdur. Bu amillər qadınlarda ürək xəstəliyi riskinin də azalmasına səbəb olur.


Digər tərəfdən, kişilərdə testosteron hormonunun yüksək səviyyədə olması prostat xərçənginə yoluxma riskini artırır.


Nəticə etibarilə qadınların kişilərdən daha uzun yaşaması bir çox amillərin birləşməsi ilə izah edilə bilər. Bununla belə, hər bir fərdin gözlənilən ömür uzunluğu fərqlidir və gözlənilən ömür uzunluğuna təkcə cins deyil, həm də həyat tərzi, genetik faktorlar, ətraf mühitin təsirləri və bir çox digər amillər təsir edir.