28 İyun 2024
Dünyanın ən kiçik 10 ölkəsi - SİYAHI

Dünyanın ən kiçik 10 ölkəsi - SİYAHI

19 İyun 2024
Baxış: 293

Dünyada xəritədə tapmaq demək olar ki, mümkün olmayan mikro dövlətlər var.

AJMEDİA.İNFO kiçikdən böyüyə doğru həmin ölkələrin siyahısında olan ilk 10 ölkənin siyahısını sizə təqdim edir.

1. VATIKAN (0,44 km²) - həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir.

2. MONAKO (2,02 km²) - dünyada ən kiçik fransızdilli ərazi sayılır.

3. NAURU (21 km²) - dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir.

4. TUVALU (26 km²) - Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir.

5. SAN MARINO (61 km²) - Cənubi Avropada anklav mikrodövlət. San-Marino dörd tərəfdən İtaliya ilə əhatə olunmuşdur.

6. LİXTENSŞTEYN (160 km²) - və ya rəsmi adı ilə Lixtenşteyn Knyazlığı. Mərkəzi Avropanın cənub-qərbində mikrodövlət.

7. MARŞALL ADALARI (181 km²) - Marşall Adaları Respublikası — 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir.

8. SENT-KİTS VƏ NEVİS FEDERASİYASI (262 km²) - Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibərətdir.

9. MALDIV ADALARI (298 km²) - Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir.

10. MALTA (316 km²) - və ya rəsmi adı ilə Malta Respublikası Cənubi Avropada ada-dövlət.