18 İyul 2024
Günəş eynəklərini seçərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA

Günəş eynəklərini seçərkən nələrə diqqət etmək lazımdır? - AÇIQLAMA

24 İyun 2024
Baxış: 268

Yay mövsümü başlayan kimi hər kəs günəş eynəklərindən istifadə edir. İnsanların əksəriyyəti günəş şüalarından qorunmaq üçün, bəziləri isə sadəcə aksessuar kimi günəş eynəyinə üstünlük verirlər. Aksessuar məqsədilə günəş eynəyi istifadə edən insanlar əsasən ucuz eynəklər alırlar.


Bəs gün eynəyi seçərkən hansı məqamlara diqqət yetirmək lazımdır?


AJMEDİA.İNFO-nun məlumatına görə, mövzu ilə bağlı Sfera.az-a danışan oftalmaloq Solmaz Əliyeva bildirib ki, günəş eynəyi seçərkən gözə zərər verməyən şüşəli eynəklərə üstünlük vermək lazımdır:


“Amma eynəklərin əksəriyyəti demək olar ki, plastikdən hazırlanır. Çünki onlar daha ucuz başa gəlir. Onlar ultrabənövşəyi şüaların gözə daxil olmasının qarşısını yaxşı ala bilmir. Keyfiyyətsiz eynəklərin satışı göz xəstəliklərinin artmasına səbəb olan əsas faktorlardandır.Günəş şüaları göz büllurunu bulandırır və kataraktaya meyllilik yaradır.Məhz bu baxımdan günəşdən qoruyan şüşənin qoruyuculuq göstəriciləri yüksək olmalıdır. Eynəklərin üstündə qoruyuculuq spektri və linza göstəricisi olur. Həmin göstərici yüksək olarsa, deməli, eynəklər keyfiyyətlidir.Günəş şüalarına qarşı çox həssas olan insanlar tünd rəngli eynəklərdən istifadə etməlidir”.


Oftalmoloq qeyd edib ki, küçədə satılan eynəklərlə optik mağazalarda satılan eynəklər eyni deyil:

"Fərq keyfiyyətdə, eynəklərin dizaynında özünü göstərir. Optik mağazalarda satılan eynəklərin keyfiyyətini təsdiq edən pasportu və sertifikatı olur. Bunlar verilmədən eynək almaq məsləhət deyil. Orijinal gün eynəyinin pasportunda eynəyin gün və ultrabənövşəyi şüalardan neçə faiz qoruduğu göstərilməlidir. Pasportda qar, yağış və küləkdən də gözlərinizi qoruduğu barədə məlumat qeyd olunur".