28 İyun 2024
Çimərliyə gedənlərin NƏZƏRİNƏ: Bunu MÜTLƏQ ETMƏLİSİNİZ!

Çimərliyə gedənlərin NƏZƏRİNƏ: Bunu MÜTLƏQ ETMƏLİSİNİZ!

19 İyun 2024
Baxış: 288

İsti yay aylarında insanların ən çox getdiyi yer dəniz və hovuzlardır. Dəniz və hovuzlar isə insanların bir sıra xəstəliklərə yoluxma riskini artırır. Bu yerlərin gigiyenik olub olmamasına xüsusi diqqət yetirmək lazımdır.


AJMEDİA.İNFO xəbər verir ki, sudan keçən bakteriyalar dəridə, qulaqda, tənəffüs və həzm yollarında müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Onlar isə sonrakı mərhələdə xroniki xarakter ala bilər. Bu xəstəliklər daha çox oral yolla yoluxan infeksion xəstəliklərdir. Dənizlər insanların atdıqların tullantılara görə xəstəlik mənbəyinə çevrilir. Hovuzların tam təmizlənməməsi də bakteriyaların buarada toplanmasına zəmin yaradır. İnsanların ən çox yoluxduğu xəstəlik ishaldır. Bu xəstəliyə uşaqlarda tez-tez rast gəlinir. Xəstəlik zamanı orqanizm sürətli şəkildə maye itirir. Dənizdən göz allergiyası, sidik yolu infeksiyası, Hepatit A kimi xəstəliklərə də yoluxmaq mümkündür.


İnfeksion xəstəliklərdən qorunmaq üçün dənizdən çıxdıqdan sonra göz, qulaq, burun və ağız təmiz su ilə yuyulmalıdır.(Sfera.az)