18 İyul 2024
Qəzza zolağından çıxmayacağıq - Netanyahu

Qəzza zolağından çıxmayacağıq - Netanyahu

21 İyun 2024
Baxış: 366

İsrail HƏMAS hərəkatının hərbi və idarəetmə strukturunu məhv edənə, bütün girovları qaytarana qədər Qəzza zolağından çıxmayacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu girovların ailələri ilə görüşündən sonra bildirib.

"Biz oğurlanmış 120 nəfərin hamısını geri qaytarmaqda qərarlıyıq. Mərhələli olsa belə, biz bu işdən əl çəkməyəcəyik", - Netanyahu qeyd edib.

Baş nazirin sözlərinə görə, İsrailin anklavdakı hərbi mövcudluğu HƏMAS-a təzyiq edir və bu, girovların geri qaytarılması üçün imkanlar yaradır.