28 İyun 2024
“Azərişıq” ASC-dən "bayram ŞOKU": Kütləvi şəkildə işıqlar SÖNDÜ

“Azərişıq” ASC-dən "bayram ŞOKU": Kütləvi şəkildə işıqlar SÖNDÜ

19 İyun 2024
Baxış: 258

“Azərişıq” ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkləri elanını vermişdi.

AJMEDİA.İNFO xəbər verir ki, həmişə olduğu kimi ASC bu bayram günlərində də abonentlərə "sürpriz" edib. Belə ki, abonentlərin əksəriyyəti bayram günlərində işqısız qalıb.

Ucnoqta.az-a müraciət edən Xəzər rayonu Binə qəsəbə sakinləri qeyri-iş günlərində işıqların dəfələrlə söndüyü barədə məlumat veriblər. Bildirilir ki, "Azərişıq" ASC vətəndaşların işıq saygaclarını onlara məlumat vermədən, gizlicə dəyişərək smart sayğac qoyublar. Saygac dəyişdirilərkən əvvəlki mexaniki sayğacın göstəricisi abonentə bildirilməyib, sayğacın dəyişdirildiyi, istifadəsi barədə əksəriyyət xəbərsiz olub.

Yeni smart sayğacda verilmiş kredit bitdikdə isə kütləvi şəkildə abonentlər işıqsız qalıb. Bu isə günün müxtəlif saatlarında hətta gecə vaxtı baş veridyindən vətəndaşlar nə baş verdiyini bilməyiblər.

"Azərişıq" ASC-nin abonentlərə "bayram sürprizi" qəsəbə sakinlərinin narazılığına səbəb olub.