18 İyul 2024
Bu müsəlman ölkəsində hicab qadağan edildi

Bu müsəlman ölkəsində hicab qadağan edildi

21 İyun 2024
Baxış: 380

Tacikistan Prezidenti İmaməli Rəhman hicab taxmağı qadağan edən qanunu imzalayıb.

AJMEDIA.İNFO Oxu.az-a istinadən xəbər verir ki, o, Tacikistan parlamenti tərəfindən qəbul edilən və "yadelli geyimlərin" istifadəsini tənzimləyən "Şənlik və mərasimlərin tənzimlənməsi haqqında" qanunu təsdiqləyib.

Qanunun məqsədi tacik cəmiyyətində xurafat və fanatizmin qarşısını almaqdır.

Yeni qanun "yadelli geyimlər" qadağasına əməl etməməyə görə cərimə nəzərdə tutur.

Qeyd olunur ki, qanun ictimai yerlərdə qadınların hicab əvəzinə üzün örtülməməsi şərti ilə baş yaylığı bağlamasına icazə verir.