28 İyun 2024
Qarabağ separatçıları prezidentinin maşını müsadirə edildi - VİDEO

Qarabağ separatçıları prezidentinin maşını müsadirə edildi - VİDEO

21 İyun 2024
Baxış: 296

Xüsusi təyinatlılar Ermənistandakı Qarabağ separatçıları nümayəndəliyinin darvazasını sındıraraq “prezident” Samvel Şahramanyanın avtomobilini aparıblar.

AJMEDİA.İNFO Ermənistan KİV-nə istinadən bildirir ki, polis müstəntiqinin jurnalistlərlə söhbətində dediyi kimi, avtomobil cinayət işi çərçivəsində götürülüb, ibtidai istintaq sirri var, ona görə də o, maşının niyə götürüldüyü sualına cavab verə bilmir?

“Bu, müsadirə olunmuş avtomobildir, müvafiq istintaq hərəkətlərinin aparılması üçün onu xüsusi mühafizə olunan əraziyə təhvil veririk. Bunun üçün məhkəmə qərarının zəruri olub-olmamasına ibtidai istintaq orqanı qərar verir? Bizim hərəkətlərimiz tamamilə qanunidir”, - o, yekunlaşdırıb.