28 İyun 2024
Avropada benzinin ən ucuz satıldığı 10 ölkə – Siyahı

Avropada benzinin ən ucuz satıldığı 10 ölkə – Siyahı

22 İyun 2024
Baxış: 413

Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 3-cü sırada qərarlaşıb.
AJMEDİA.İNFO
məşhur “Autotraveler” portalının iyun üçün açıqladığı məlumata istinadən xəbər verir ki, “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub.
Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,57 avro (1,04 manat) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,18 avroya (4 manat) satılıb.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 2 manata (1,08 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. Gürcüstanda isə “Aİ-95” markalı benzinin qiyməti Azərbaycanla təxminən eynidir – 1,09 avro.
İyun ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin ən ucuz satıldığı 10 ölkə aşağıdaki kimi olub:

Rusiya – 0,57 avro
Belarus – 0,70 avro
Azərbaycan – 1,08 avro
Gürcüstan – 1,09 avro
Türkiyə– 1,16 avro
Ermənistan – 1,25 avro
Moldova – 1,28 avro
Ukrayna – 1,29 avro
Şimali Makedoniya – 1,31 avro
Malta – 1,34 avro

Yeniavaz.com