12 May 2024
Yasamaldakı qəzanın görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

Yasamaldakı qəzanın görüntüləri MÜZAKİRƏ YARATDI - VİDEO

16 Yanvar 2024
Baxış: 354

Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində avtomobilin piyada keçidində qadını vurmasının görüntülərini yayıb. Qəza zamanı piyadanın da qaydalara əməl etməməsi məlum olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, görüntüdəki hadisə ötən ilin 24 iyun tarixində Yasamal rayonunda, Mətbuat prospekti ilə Haqverdiyev küçəsinin kəsişməsi yaxınlığında baş verib.

Görüntülərdən aydın olur ki, piyada işıqforun qırmızı işığında zolaqdan yolu keçməyə cəhd edərkən “BMW” markalı avtomobillə vurulub. Piyadalar üçün svetaforun qırmızı işığı yanarkən yaşlı qadın keçidlə qaçaraq yolu keçməyə çalışıb və qəfil avtomobilin qarşısına çıxıb. Nəticədə zərbənin təsiri ilə bir neçə metr kənara düşüb və ağır xəsarətlər alıb. Avtomobilin sürücüsü isə dərhal sükan arxasından enərək affekt vəziyyətində öz başına zərbələr endirib və piyadaya kömək etməyə tələsib.

Sosial şəbəkədə hadisə barədə fikrini yazan şəxslərin bir çoxu piyadanın qaydaları pozmasının qəzaya səbəb olduğunu, sürücünün bu hadisədən yayınmaq imkanının olmadığını bildiriblər. Digər şəxslər isə sürücülərin piyada keçidlərinə məhəl qoymadığını, sürəti azaltmadığını vurğulayıblar.

Məlumata görə, sözügedən qəzadan sonra sürücü məsuliyyətə cəlb edilib. Ağır xəsarət alan qadın isə xəstəxanaya yerləşdirilib.

Həssas məzmun olduğunu nəzərə alaraq ürəyi zəif olanlara videonu açmamağı tövsiyə edirik: