30 Aprel 2024
Yaponiya səfirliyinin qadın katibi Azərbaycanda QƏZAYA DÜŞDÜ

Yaponiya səfirliyinin qadın katibi Azərbaycanda QƏZAYA DÜŞDÜ

06 Yanvar 2022
Baxış: 502

Yaponiyanın Azərbaycandakı səfirliyinin qadın katibi qəzaya düşüb.

AJMEDİA.İNFO-nun "Report"a istinadən xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda qeydə alınıb.

Belə ki, Yaponiyanın Azərbaycandakı səfirliyinin II katibi Yumi Kitanonun idarə etdiyi "Nissan" markalı avtomobillə “BakuBus” MMC-nin 211 saylı xətt avtobusu toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.