11 May 2024
Yanğından xilas edilən körpələrin vəziyyəti necədir? - Valideynlərindən AÇIQLAMA

Yanğından xilas edilən körpələrin vəziyyəti necədir? - Valideynlərindən AÇIQLAMA

09 Yanvar 2024
Baxış: 363

Xəbər verdiyimiz kimi, ötən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə, 11-i isə KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

AJMEDİA.İNFO xəbər verir ki, Sfera.az-ın əməkdaşları 1 nömrəli Şəhər Kliniki Xəstəxanasının önündə gözləyən körpələrin valideynləri ilə həmsöhbət olub.


Yaxınların əksəriyyəti danışmaqdan imtina ediblər. Bir neçəsi isə körpələrin vəziyyətlərinin yaxşı olduğunu deyiblər.