Bu bürclər mayda PUL İTİRƏCƏKLƏR - XƏBƏRDARLIQ!
10 saat əvvəl“Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasında avtomobil yolunun yenidən qurulmasına 30 milyon manat ayrılıb
27 Aprel 2020
Baxış: 508
Prezident İlham Əliyev Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AJM-in məlumatına görə, Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.