NAYORA tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının...
6 saat əvvəlXalq artisti dayısı oğlu ilə toyuna 1 gün qalmış EVDƏN QAÇDI - VİDEO
21 Oktyabr 2021
Baxış: 547
Xalq artisti Gülyanaq Məmmədova 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçıb.
AJMEDİA.İNFO xəbər verir ki, bunu o, “1 dəqiqə” verilişində etiraf edib.
Buna səbəb sənətçinin ailəsi tərəfindən sevmədiyi dayısı oğlu ilə ailə qurmağa məcbur edilməsi olub.
“Bu, o demək deyil ki, dayım oğlunu qoyub qaçmışam. 1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Mən arzularımın ardınca qaçmışam”, – Məmmədova deyib.
Həmin günlərlə bağlı anasının müsahibəsini izləyən Xalq artisti göz yaşlarına hakim ola bilməyib.