10 May 2024
"Whatsapp"dan istifadəçilərini sevindirici funksiya - Bundan sonra...

"Whatsapp"dan istifadəçilərini sevindirici funksiya - Bundan sonra...

16 Dekabr 2022
Baxış: 412

"WhatsApp” artıq istifadəçilərə qrup mesajlarında başqalarının profil fotolarını görmək imkanı verəcək.

AJMEDİA.İNFO xəbər verir ki, yeniləmə ilə qruplardakı insanlar mesaj göndərəndə mesajı göndərən şəxsin şəkli görünəcək.


Bununla da mesaj göndərən və adlar siyahızda olmayan şəxslərin profillərinə klikləmədən mesaj gələndə həmin şəxsin profil şəklini görmək mümkün olacaq.

Yeniləmə ilk dəfə iOS beta-da sınaqdan keçirilib. Test mərhələsində olan özəlliyin bir çox istifadəçiyə təqdim edilməsinə başlanılıb.