11 May 2024
“WhatsApp”da çoxdan gözlənilən YENİLİK - FOTO

“WhatsApp”da çoxdan gözlənilən YENİLİK - FOTO

04 İyul 2023
Baxış: 321

Məşhur söhbətləşmə proqramlarından biri olan “WhatsApp”a yüksək (HD) keyfiyyətli fotoşəkil göndərmə xüsusiyyəti gəldikdən sonra indi də videolar üçün eyni funksiya işə düşür.

AJMEDİA.İNFO WABetaInfo-ya istinadən xəbər verir ki, “Meta”ya məxsus xidmət bu yaxınlarda Android üçün “WhatsApp”ın beta versiyasına (versiya 2.23.14.10) bir yeniləmə edib və bu sayədə video göndərərkən videonun orijinal versiyasını saxlamaq seçimi əlavə olunub.

Bildirilib ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

“WhatsApp”ın yeni funksiyası “iOS” əsaslı mesencerin “beta” versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant digər istifadəçilər üçün də aktivləşdirilə bilər.

(baku.ws)