11 May 2024
“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

“WhatsApp”da çoxdan gözlənilən YENİLİK

06 Sentyabr 2023
Baxış: 455

"WhatsApp" tərtibatçıları "Android"də interfeysin kütləvi şəkildə yenidən dizaynına hazırlaşır.

AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, "WhatsApp"da yeni interfeys 2.23.13.16 beta versiyasında aşkarlanıb.

Yeni dizaynda tərtibatçılar tünd yaşıl üst paneldən imtina edib. Bunun əvəzinə ağ fonda yaşıl "WhatsApp" yazısı görünəcək.


Messencerin yeni versiyasında "Söhbətlər", "Status" və "Zənglər" tabları aşağı naviqasiya panelinə köçürülüb və oraya "İcmalar" bölməsi əlavə edilib.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.