11 May 2024
“WhatsApp” sabahdan bu smartfonlarda İŞLƏMƏYƏCƏK - SİYAHI

“WhatsApp” sabahdan bu smartfonlarda İŞLƏMƏYƏCƏK - SİYAHI

23 Oktyabr 2023
Baxış: 660

“WhatsApp” oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

AJMEDİA.İNFO-nun məlumatına görə, “WhatsApp” “Google” mobil əməliyyat sisteminin “Android 5.0” və daha köhnə versiyalarında mövcud olmayacaq.

“Google Nexus 7”, “Sony Xperia Z”, “LG Optimus G Pro’ və “HTC One” kimi bir vaxtların məşhur telefonları artıq “WhatsAp”ı dəstəkləməyəcək. Bundan əlavə, “Samsung”un “Galaxy Note 3” və “Galaxy S4” modelləri də “WhatsApp” dəstəyini itirəcək.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.