11 May 2024
“WhatsApp” profilləri ələ keçirilir - Əhaliyə XƏBƏRDARLIQ

“WhatsApp” profilləri ələ keçirilir - Əhaliyə XƏBƏRDARLIQ

23 Avqust 2023
Baxış: 484

Son zamanlar kütləvi şəkildə “WhatsApp” və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində bildirilir.

Qurumun bu məsələ ilə əlaqədar apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, baş verən hal istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlanır. Hazırda Elektron Təhlükəsizlik Xidməti müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.

"Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır", - deyə müraciətdə qeyd olunub. metbuat.az