11 May 2024
“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR - Artıq...

“WhatsApp” istifadəçilərinə PİS XƏBƏR - Artıq...

16 Noyabr 2023
Baxış: 467

"Google" artıq "WhatsApp" üçün limitsiz yaddaşın təklif olunmayacağını açıqlayıb.

AJMEDİA.İNFO Trend-ə istinadən bildirir ki, istifadəçilər "Google One" abunəliyindəki yaddaş sahəsinə uyğun olaraq "WhatsApp"ın ehtiyat nüsxəsini çıxara biləcəklər.

"WhatsApp" illərdir "Android" və "iOS" ekosistemində istifadəçilərinə ehtiyat imkanlar təqdim edir. Bu mövzuda; "iPhone" istifadəçiləri "iCloud" vasitəsilə, "Android" istifadəçiləri isə "Google Disk" vasitəsilə ehtiyat nüsxəsini çıxara bilər. "Google" və "WhatsApp" tərəfindən edilən birgə açıqlamada, "Google Drive" ehtiyat nüsxələrinin artıq limitsiz olmayacağı bildirilib.

Qeyd edək ki, yaxın günlərdən etibarən istifadəçilər "WhatsApp" məlumatlarının ehtiyat nüsxəsini yalnız "Google" hesablarında saxlama yeri (15GB) qədər saxlaya biləcəklər. "Google" hesabında yaddaş yerini dolduran istifadəçi ya "Google One" paketi almalı, və yaxud bəzi məlumatlarını silməli olacaq.