11 May 2024
"Whatsapp" hesabları TƏHLÜKƏDƏ – Ələ keçirilməsini istəmirsinizsə, bunu mütləq edin – VİDEO

"Whatsapp" hesabları TƏHLÜKƏDƏ – Ələ keçirilməsini istəmirsinizsə, bunu mütləq edin – VİDEO

21 Avqust 2023
Baxış: 389

Azərbaycanda bir çox "Whatsapp" mesajlaşma tətbiqindən istifadə edən şəxslərin hesabları naməlum şəxslərin əlinə keçib. Hesblar ya bağlanıb, ya da bloka düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BAKU.WS-in “qaynar xətti”nə bir qrup şəxs müraciət edib.

Onlar müraciətləri zamanı bildiriblər ki, müxtəlif zamanlarda Whatsapp hesablarına daxil ola bilməyiblər. Məsələni araşdırdıqda isə məlum olub ki, naməlum şəxslər onların hesablarını ələ keçirib.

Bu azmış kimi hətta onların adlarından kontaktda olan şəxslərə yazaraq təcili olaraq müəyyən məbləğdə borc istəyiblər. Qarşı tərəf isə məsələdən xəbərsiz olaraq yazan şəxsin kim olduğunu bilmir, bəzi hallarda həmin məbləği göndəriblər.

Mütəxəssislər bildirir ki, oxşar problemlə üzləşməmək üçün vostapdan istifadə edən istifadəçilər ikili təhlükəsizlik faktorundan istifadə etməlidir. Eyni zamanda istifadəçilər onlara naməlum şəxslər tərəfindən göndərilən linkərə daxil olmamalıdır. Belə linkləri göndərən şəxsər dərhal bloklanmalıdır.

Mövzu ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə sorğu göndərdik və qurumdan problemdən çıxış yollarını öyrənməyə çalışdıq. ETX-dən bildirildi ki, qeyd olunan məsələ ilə əlaqədar qurum tərəfindən araşdırma aparılır: “Vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmələri tövsiyə edilir".

Qeyd edək ki, təlimatla aşağıdakı videoda tanış olmaq mümkündür.