30 Aprel 2024
Venesiya Komissiyası müxalifətin istədiyini dedi

Venesiya Komissiyası müxalifətin istədiyini dedi

17 Mart 2023
Baxış: 398

YAP funksioneri: “Bu, Azərbaycanın daxil işlərinə qarışmaq, prokuror rolunu oynamaq təəssüratı yaradır”

Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanın “Siyasi Partiyalar haqqında” yeni qanunu haqqında birgə rəyini açıqlayıb. Sənəddə qeyd edilir ki, yeni qanun “ölkədə plüralizmə məhdudlaşdırıcı təsir göstərə biləcək bir sıra yeni problemli müddəalar tətbiq edib”.

Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu xatırladır ki, birləşmə azadlığı və söz azadlığı hüququ demokratik cəmiyyətin fəaliyyəti üçün əsasdır.

“Siyasi partiyalar kollektiv siyasi ifadə vasitələri kimi bu hüquqlardan tam istifadə etmək imkanına malik olmalıdır. Bu o deməkdir ki, qeydiyyat tələbləri məqbul olmalıdır. Siyasi partiyalar üzərində dövlət nəzarəti bununla məhdudlaşdırılmalıdır. Odur ki, siyasi partiyanın daxili fəaliyyətinə geniş dövlət nəzarəti, o cümlədən öz üzvlərinin siyahılarının dövlətə təqdim edilməsi tələbi zərurət prinsipləri ilə bir araya sığmayan həddindən artıq bir tədbirdir. Siyasi partiyaların dayandırılması və buraxılması yalnız normativ hüquqi aktların ən ciddi pozulması halında və digər ifrat hallarda tətbiq oluna bilər”, - sənəddə deyilir.

Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu hakimiyyətə çatışmazlıqları aradan qaldırmağı təklif edir. /musavat.com