27 Aprel 2024
Vaxtı keçmiş bank kartları ilə bağlı XƏBƏRDARLIQ

Vaxtı keçmiş bank kartları ilə bağlı XƏBƏRDARLIQ

27 Dekabr 2021
Baxış: 2895

İstifadə müddəti bitmiş bank kartını sadəcə atmaq olmaz, ondan əvvəl onu kəsmək lazımdır.

AJMEDİA.İNFO publika.az-a istinadla xəbər verir ki, bu barədə "PG Partners" hüquq firmasının baş idarəedici partnyoru Peter Qusyatnikov danışıb.

"Prime" agentliyi ilə söhbətində ekspert izah edib:

"Kartı kəsmək lazımdır ki, fırıldaqçılar kartda saxlanan məlumatlara, məsələn, hesab nömrəsinə çıxış əldə etməsinlər. Məlumatda rəqəmsal və əlifba kodları, maqnit zolağı və holoqramlar var. Onları məhv etmək lazımdır".

"Əgər siz artıq kartdan istifadə etmək niyyətində deyilsinizsə, o zaman onun bağlandığı hesab bağlanmalıdır, xüsusən də kart kredit kartıdırsa", - Qusyatnikov bildirib.

Vkil izah edib ki, əks təqdirdə hesaba xidmət şərtləri avtomatik olaraq uzadıla bilər və sonra siz onun xidmət haqqını ödəməli olacaqsınız. Hesabda pul yoxdursa, cərimələr tutulacaq.