26 Aprel 2024
Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı ilə görüşdü

Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı ilə görüşdü

07 Oktyabr 2021
Baxış: 687

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AJMEDİA.İNFO-nun xəbərinə görə, Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ali Məclisin Sədri “Sarsılmaz qardaşlıq - 2021” birgə döyüş atışlı taktiki təlimin uğurla başa çatması, eləcə də yeni vəzifəyə təyin olunması münasibətilə Yavuz Türkgənciyə və nümayəndə heyətinə təbriklərini çatdırıb. Ali Məclisin Sədri Azərbaycan-Türkiyə birgə təlimlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiramını ifadə edib.