09 May 2024
"Ukraynanın resursları tükənəcək, Rusiya bir neçə həftəyə qalib gələcək" - ABŞ rəsmisi

"Ukraynanın resursları tükənəcək, Rusiya bir neçə həftəyə qalib gələcək" - ABŞ rəsmisi

20 Yanvar 2024
Baxış: 389

“Konqres Ukraynaya əlavə yardım göstərməsə, Rusiya bir neçə həftə, ən geci bir neçə ay ərzində müharibədə qalib gələ bilər”.


AJMEDİA.İNFO xəbər verir ki, bunu çərşənbə günü Konqres liderləri ilə görüşdə Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və kəşfiyyat direktoru Avril Heyns deyiblər.


“NBC News”un məlumatına görə, görüşdə onlar qeyd ediblər ki, Ukraynanın bəzi hava hücumundan müdafiə və artilleriya resursları yaxın həftələrdə tükənəcək.


Sallivan Ukraynanın vəziyyətinin il ərzində daha da çətinləşəcəyini vurğulayıb. O, Konqres üzvlərinə Ukraynanın döyüş sursatlarının hansı müddətdə bitəcəyinə dair dəqiq tarixləri təqdim edib.


Ağ Ev rəsmiləri həmçinin konqresmenlərə bildiriblər ki, Ukraynaya yardımın olmaması ABŞ-yə arxalanan digər ölkələri, o cümlədən Yaponiya və Cənubi Koreyanı öz müttəfiqliklərini yenidən düşünməyə vadar edəcək.


ABŞ hökuməti Ukraynaya əlavə kömək məqsədilə 2023-cü ilin oktyabrında Konqresdən vəsait istəyib. Bu məqsədlə hətta ABŞ Prezidenti Co Bayden Konqres rəhbərliyi ilə görüşərək Ukraynaya yardımın əhəmiyyətini izah edib. Lakin Konqresdə çoxluğa sahib olan respublikaçılar hələ də əlavə yardımın ayrılmasına müsbət yanaşmırlar. (Sfera.az)