11 May 2024
“Ukraynanın Buça şəhərində törədilən qətliamda Rusiyanın günahı yoxdur" - Araz Əlizadə

“Ukraynanın Buça şəhərində törədilən qətliamda Rusiyanın günahı yoxdur" - Araz Əlizadə

07 Aprel 2022
Baxış: 792

"Buçada baş verən hadisələr Ukraynanın təxribatıdır. Bu məsələdə Rusiyanın heç bir günahı yoxdur”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib.

O, qeyd edib ki, bu hadisəni Ukraynanın "Azov” təşkilatı edib:

"Ruslar mart ayının 30-da Buçanı tərk ediblər. Meyitlər isə aprelin 4-də aşkarlanıb. Aprelin 2-də, 3-də Ukrayna, "Azov” təşkilatı nə edibsə, edib. Bilirsiniz ki, İstanbulda sülh danışığında müəyyən razılaşmalar əldə edilmişdi, Britaniya isə buna yox dedi, arada bir problem olmalı idi ki, bundan çəkinsinlər. Bu da Buçadakı hadisə idi. Bu hadisələrdə Rusiyanın günahı yoxdur".

Partiya sədri Mariupolda yaşananlara görə də Ukraynanı günahlandırıb: "Mariopulda Ukrayna Hərbi Qüvvələri silahları, tankları binaların qarşısına qoyurdular. Ona görə də, binalar dağıdılırdı”.

Araz Əlizadə həmçinin qeyd edib ki, müharibədə Ukrayna məğlub olacaq: "Zelenski faşistdir, Rusiyanı müharibəyə məcbur ediblər. Əgər Zelenski indi dediyi kimi bitərəf mövqe ilə razılaşsa idi, NATO-ya can atmasa idi, bu müharibə də olmazdı. Bu müharibədə də Ukrayna məğlub olacaq”.