11 May 2024
"Ukraynada nüvə silahından..." - Putin Ərdoğana SÖZ VERDİ

"Ukraynada nüvə silahından..." - Putin Ərdoğana SÖZ VERDİ

04 Noyabr 2022
Baxış: 331

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla telefon danışığı zamanı onu əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə cümə axşamı Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.


“Telefon danışıqları zamanı Rusiya tərəfi Türkiyəni nüvə silahından istifadə etmək planının olmadığına əmin etdi”.

TRT İbrahim Kalına istinadən xəbər verir ki, Ukrayna tərəfi öz növbəsində “çirkli silahların” istifadəsinə hazırlıqla bağlı iddiaları təkzib edib.


Türkiyə prezidentinin nümayəndəsinin sözlərinə görə, Ankara münaqişə tərəflərini sülh yolu ilə nizamlanma üzrə danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir.

Xatırladaq ki, Ərdoğan Putinlə dünən axşam danışmışdı.