26 Aprel 2024
Ukrayna rəsmisi Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI

Ukrayna rəsmisi Rusiya ilə barışığın yeganə variantını AÇIQLADI

19 May 2022
Baxış: 596

“Rusiya ilə kompromis və onu “sakitləşdirmək” üçün Ukrayna ərazisinin bir hissəsini işğal etməsilə barışmaq baş tutmayacaq - işğalçılar ölkəmizi tamamilə tərk etməlidirlər”.

AJMEDİA.İNFO UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O əlavə edib ki, indi düşmənlə hər-hansı barışıqdan söhbət getməməlidir.

“Barışığın yeganə variantı Rusiyanın kapitulyasiya sənədini imzalaması, qoşunlarını çıxarması və kompensasiya haqqında danışmaqdır. Bu, dövlət rəhbərliyinin prinsipial mövqeyidir”, - deyə Arestoviç bildirib.

O vurğulayıb ki, bunlar təkcə prezident və ölkə rəhbərliyinin yox, həm də diplomatların, eləcə də Ukraynanın beynəlxalq tərəfdaşları - ABŞ və Böyük Britaniyanın şərtləridir.

“Avropadakı xəyalpərəstlərin hər şeyin nə qədər qeyri-müəyyən olduğunu təsəvvür etməyə vaxtları var, lakin Rusiyanın hərbi məğlubiyyəti və bütün düşmən əsgərlərin Ukraynadan çıxarılması istisna olmaqla, bunların heç biri baş verməyəcək”, - deyə Arestoviç əlavə edib.

Onun sözlərinə görə, bəzi ölkələr Minsk razılaşmalarını təkrarlamaq, o cümlədən nəyin bahasına olursa-olsun atəşkəsə çağırmaq istəyirlər.

“Rusların burada qalmasına icazə verəcəyimiz variant olmayacaq. Ayrı-ayrı ölkələr danışıqlara cəhd edə bilər, lakin biz Avropada hansı çoxşaxəli proseslərin getdiyini görürük. Onlar bəzən tərəddüd edəcəklər, çünki bu, Avropanın siyasət məktəbidir”, - deyən Arestoviç Rusiya Federasiyası, Fransa və Almaniya arasında müəyyən bir oyun keçirilə biləcəyini sözlərinə əlavə edib.

O, bu davranışı qəribə mövqe adlandırır.