Bakıda bu tarixdə yeni "Mall" açılacaq - FOTO
14 saat əvvəlUkrayna Prezidentinin xanımı koronavirusa yoluxub
12 İyun 2020
Baxış: 492
Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.
AJM-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
“Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanın COVID-19 analizinin nəticəsi müsbət çıxıb. Birinci xanım özünü yaxşı hiss edir və onda xəstəliyin simptomları yoxdur. Xanım Zelenskaya hazırda ev şəraitində müalicə olunur və o, ailə üzvlərindən təcrid olunub”, - deyə məlumatda bildirilib.
Prezident V. Zelenski və övladları da COVID-19 analizi verib, lakin onların analizlərinin nəticələri mənfi olub.
Y. Zelenskayanın hansı şəraitdə infeksiyaya yoluxması barədə məlumat verilməyib.