26 Aprel 2024
UEFA pley-off, Millətlər Liqası və seçmə oyunlarla bağlı qərar verilmədiyini açıqlayıb

UEFA pley-off, Millətlər Liqası və seçmə oyunlarla bağlı qərar verilmədiyini açıqlayıb

03 May 2020
Baxış: 491

AVRO-2020-nin pley-offu, Millətlər Liqasının 2020/21 mövsümü və DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarının taleyinə hələ aydınlıq gəlməyib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA açıqlayıb.

Qurumdan bildirilib ki, milli komandaların iştirakı ilə keçirilən bu turnirlərin koronavirus pandemiyası üzündən təxirə salınan, həmçinin baş tutması təhlükə altında olan oyunları barədə yekun qərar hələ də verilməyib: “Biz müxtəlif variantları araşdırırıq. Lakin indiki mərhələdə heç bir qərar qəbul olunmayıb. Hazırda bu suallarla bağlı digər informasiyamız yoxdur”.

Qeyd edək ki, AVRO-2020-nin pley-off matçları martda baş tutmalı idi. Püşkatması martda keçirilən Millətlər Liqası sentyabr-noyabrda, DÇ-nin seçmə oyunları isə 2021-ci ilə planlaşdırılırdı.