11 May 2024
UEFA-dan azarkeşləri Putinlə bağlı şüarlar səsləndirən Türkiyə klubuna SƏRT CƏZA

UEFA-dan azarkeşləri Putinlə bağlı şüarlar səsləndirən Türkiyə klubuna SƏRT CƏZA

04 Avqust 2022
Baxış: 2481

UEFA-nın Çempionlar Liqasının II təsnifat mərhələsində “Dinamo”ya uduzan (1:2) “Fənərbağça”ya qarşı verəcəyi cəza bəlli olub.

AJMEDİA.İNFO “NTV Spor”a istinadən xəbər verir ki, Avropa futbol qurumu “sarı-lacivərtlər”i avrokuboklarda oynayacağı ev matçlarında 10 000 yeri boş buraxmaq və pul ilə cəzalandırmağı planlaşdırır. UEFA son qərarını qısa müddət içində açıqlayacaq.

Xatırladaq ki, fanatlar 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.