12 May 2024
U-21 millimizdən biabırçı hesab

U-21 millimizdən biabırçı hesab

08 Sentyabr 2021
Baxış: 739

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.“Kayne Zorgen Arena”da baş tutan qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə nəticələnib. Komandamız bu dəfə 6 cavabsız qola üzülüb.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. (metbuat.az)