26 Aprel 2024
Türkiyəyə qarşı xain plan İFŞA OLUNDU - Qanlı senarinin ÜSTÜ AÇILDI

Türkiyəyə qarşı xain plan İFŞA OLUNDU - Qanlı senarinin ÜSTÜ AÇILDI

14 Sentyabr 2021
Baxış: 657

Türk ordusu qarşısında aciz qalan PKK/YPG terror təşkilatının Suriyada Türkiyəyə qarşı yeni məkrli plan qurduğu üzə çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlum olub ki, əliqanlı terrorçular vətəndaş müharibəsindən əvvəl ölkə əhalisinin təxminən 10 faizini təşkil edən Suriyadakı xristian bölgələrinə və kilsələrinə top və minaatanla hücum edərək, məsuliyyəti türk ordusunun üstünə atmağı planlaşdırır.

Mülki xristian vətəndaşlar və kilsə kimi ibadət yerlərinə qəsdən zərər vurmaq istəyən təşkilatın özünün törədəcəyi terror aktından istifadə edərək Türkiyəni beynəlxalq ictimaiyyət qarşısında çətin duruma salmağı hədəflədiyi bildirilib.

Digər tərəfdən bölgədəki mənbələr vətəndaş müharibəsindən əvvəl sayı 2 milyonu keçən Suriyadakı xristian əhalinin Bəşər Əsəd rejimi və PKK/YPG terror təşkilatının zorakılığı səbəbiylə sayının 677 000 civarına düşdüyü deyilib.(Teleqraf.com)