10 May 2024
Türkiyənin XİN rəhbərindən Talibanın "qardaşlıq mesajı"na REAKSİYA

Türkiyənin XİN rəhbərindən Talibanın "qardaşlıq mesajı"na REAKSİYA

17 Avqust 2021
Baxış: 638

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanda baş verənlərlə bağlı açıqlamalar verib.

AJMEDİA.İNFO xəbər verir ki, Çavuşoğlu Əfqanıstanda “Taliban”” da daxil olmaqla bütün tərəflərlə dialoqların aparıldığını vurğulayıb.

Həmçinin təhlükəsizlik qurulması ilə bölgədən təxliyələrin davam edəcəyini bildirib.

“Təhlükəsizlik tam qurulduqdan sonra təxliyə davam edəcək. Türkiyə olaraq yalnız öz vətəndaşlarımıza deyil, başqa ölkələrin vətəndaşlarına da təxliyə edilməsinə kömək edirik. ABŞ-la əməkdaşlıq edir, bütün tərəflərlə dialoqumuzu davam etdiririk. Türkiyə olaraq Əfqanıstanın sabitliyinə və sülhünə ən çox dəstək verən ölkələrin ön sırasındayıq. Əfqanıstanın iqtisadi inkişafına, sabitliyinə və əmin-amanlığına dəstək verməyə davam edəcəyik. Keçid dövrü necə olacaq, hamısını müzakirə edəcəyik. Bu günədək “Taliban”ın mesajlarını müsbət qarşıladığımızı deyə bilərəm”,- deyə Çavuşoğlu qeyd edib.