11 May 2024
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

08 Sentyabr 2021
Baxış: 709

Türkiyənin qərbində təlimçi təyyarə qəzaya uğrayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yerli mənbələrə istinadən yazır.

Qəzetin yazdığına görə, təyyarə İstanbulun 180 kilometrliyində Sakarya əyalətində qəzaya uğrayıb. Ölən və yaralananlar barədə məlumat verilmir. Qəza zamanı təyyarədə neçə nəfərin olduğu da məlum deyil.

Qəza yerində xilasedicilər işləyir.