10 May 2024
Türkiyədə son 54 ilin ən güclü qarı: Vətəndaşlar maşınlarını tapmaqda çətinlik çəkdilər - FOTO/VİDEO

Türkiyədə son 54 ilin ən güclü qarı: Vətəndaşlar maşınlarını tapmaqda çətinlik çəkdilər - FOTO/VİDEO

19 Yanvar 2022
Baxış: 440

Türkiyədə güclü qar Karabük vilayətində çətin vəziyyət yaradıb.

AJMEDİA.İNFO xəbər verir ki, Dünən səhər saatlarından başlayan qarın hündürlüyü 40 santimetrə çatıb, park edilmiş avtomobillər isə qarın altında itib.

Səhər işə getmək üçün küçəyə çıxan vətəndaşlar nəqliyyat vasitələrini tanımaqda çətinlik çəkib. İnsanlar belə qar yağmasının ilk dəfə şahidi olduqlarını deyirlər.

Qaziantepdə 0.5 - 1 metrə qədər qar yağıb. Nəqliyyat iflic vəziyyətə düşüb, insanlar saatlarla avtomobillərindən və digər nəqliyyat vasitələrindən çıxa bilməyiblər.

Qeyd edək ki, bölgədə bir metrlik qar təbəqəsi sonuncu dəfə 1968-ci ildə qeydə alınıb.

Teqlər: Türkiyə