27 Aprel 2024
Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

26 Aprel 2020
Baxış: 513

Türkiyədə koronavirusa yoluxanların sayında artım olub.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Nazir qeyd edib ki, son 24 saat ərzində 2861 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.

Bundan əlavə, son sutka ərzində yoluxanlardan 106 nəfər ölüb.

Ümumilikdə ölkə üzrə yeni virusa yoluxanların sayı 107 min 773 nəfərə çatıb. Bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2706 nəfər olub