07 May 2024
Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: 76 nəfər öldü, 440 nəfər yaralandı

Türkiyədə DƏHŞƏTLİ ZƏLZƏLƏ: 76 nəfər öldü, 440 nəfər yaralandı

06 Fevral 2023
Baxış: 306

Türkiyənin Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz ərazidə zəlzələdən ölənlərin ilkin sayını açıqlayıb.

AJMEDİA.İNFO Türkiyə mətbuatına istinadən bildirir ki, şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Adana şəhərində isə 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb.

Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb.

Şanlıurfa bələdiyyə başçısı isə bölgədə 16 binanın çökdüyünü, dağıntılar altında vətəndaşların qaldığını bildirib.

İlkin ehtimallara görə Şanlıurfa şəhərində zəlzələdən azı 10 nəfər ölüb.

Ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

****

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

Bunu təbii fəlakətdən zərər çəkmiş Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərinin valilərinin məlumatları sübut edir.

****

Türkiyədə Bakı vaxtı ilə saat 07.30-a olan məlumata əsasən 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.