11 May 2024
Türkiyə Prezidenti Zakir Həsənovu qəbul edib - FOTO

Türkiyə Prezidenti Zakir Həsənovu qəbul edib - FOTO

01 Fevral 2022
Baxış: 466

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

AJMEDİA.İNFO xəbər verir ki, Görüşdə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edib.

Azərbaycan müdafiə naziri Zakir Həsənovun Türkiyə səfəri çərçivəsində artıq Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında da görüş baş tutub.

Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə olunacaq.

Səfər fevralın 2-dək davam edəcək.

Mənbə: Türkiyə Prezidentinin mətbuat katibliyinin rəsmi “Twitter” səhifəsi