26 Aprel 2024
Türkiyə Ermənistanla sərhədini nə zaman açacaq? - Ərdoğan AÇIQLADI

Türkiyə Ermənistanla sərhədini nə zaman açacaq? - Ərdoğan AÇIQLADI

16 İyun 2021
Baxış: 387

“Ermənistan Azərbaycanla problemlərini həll etdikcə Türkiyə olaraq biz də lazımi addımları atacağıq”.

AJMEDİA.info xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisin bugünkü xüsusi iclasında çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar saymaqla bitməz:

“Bu zəfəri hər kəsin ortaq zəfəri halına gətirmək bizlərin əlindədir. Bir daha Qafqazın boynuna kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik. Biz bu mübarizəni özümüz və dostlarımızla birlikdə “dünya 5-dən böyükdür” deyərək qlobal miqyasda da veririk”.