26 Aprel 2024
“Türk Hava Yolları” dünya səhiyyə işçiləri üçün endirim kampaniyasına başlayıb

“Türk Hava Yolları” dünya səhiyyə işçiləri üçün endirim kampaniyasına başlayıb

08 İyun 2020
Baxış: 418

“Türk Hava Yolları” (THY) şirkəti bütün dünyanın səhiyyə işçiləri üçün 40 faiz endirim kampaniyasına başlayıb.

AJM xəbər verir ki, bu barədə şirkətin media müşavirliyindən bildirilib.

Kampaniya çərçivəsində səhiyyə işçiləri onlarla bərabər səyahət edəcək 3 nəfər üçün də endirimli bilet əldə edə biləcəklər. Endirimdən yararlanmaq istəyənlər bu il iyulun 18-dək THY-nin internet səhifəsindən qeydiyyatdan keçməlidirlər.

Şirkət bu kampaniyanın COVID-19-la mübarizədə fədakarlıq göstərən səhiyyə işçilərinə təşəkkür olduğunu bildirib.